"Çin avtomobili alan şəxs bu riski gözə almalıdır" - Ekspert

Fuad Kərimov adlı Bakı sakini kreditlə rəsmi servisdən aldığı avtomobilin 1 gün sonra istismara yararsız vəziyyətə düşdüyünü iddia edir.Redaksiyamıza müraciət edən şəxsin iddiasına görə "Changan"ın rəsmi servisindən 2025-ci ildə avtomobil alıb. Aldıqdan bir gün sonra avtomobildə ciddi problemlərin olduğu məlum olub.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, ona müraciət etdiyi andan maşındakı problemlərin aradan qaldırılacağı bildirilib, amma vədlərə əməl edilməyib. Fuad Kərimov texniki problemlər səbəbindən bu müddət ərzində avtomobili idarə etməsə də, ondan aylıq ödənişlərin tələb olunduğunu deyir.
Problemlə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yaxın 8 il ərzində yararsız hala düşmüş Çin avtomobillərinin utilizasiyası və təkrar emalı məsələsi gündəmə gələcək:
"Vətəndaş avtomobili rəsmi diler mərkəzindən, yəni salon vasitəsilə yeni alıbsa, istehlakçının tam hüquqi təminatı mövcuddur. Bu halda satıcı tərəf zəmanət öhdəliklərini yerinə yetirməli, texniki nasazlıqlar yarandıqda istehlakçıya tam servis və texniki dəstək göstərməlidir".
O bildirib ki, avtomobil işlənmiş halda alınıbsa, burada vəziyyət fərqlidir:
"İşlənmiş avtomobil alan vətəndaş şüurlu şəkildə riskə getmiş sayılır. Çünki dünya praktikasında da qəbul olunur ki, işlənmiş məhsulun texniki problemləri ola bilər və bu risk istehlakçı tərəfindən əvvəlcədən nəzərə alınmalıdır. Bununla belə, əgər satıcı tərəf tərəfindən hər hansı zəmanət öhdəliyi təqdim edilibsə, həmin öhdəliklər mütləq icra olunmalıdır".
O deyib ki, zəmanət öhdəlikləri yerinə yetirilmir və istehlakçının hüquqları pozulursa, vətəndaşlar müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.
"Bu məqsədlə vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək hüquqlarının qorunması üçün müvafiq tədbirlərin görülməsini tələb edə bilərlər", - deyə ekspert bildirib.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












