Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır

Çin avtomobilləri Azərbaycan avtomobil bazarında artıq müvəqqəti tendensiya deyil, ciddi rəqib kimi görünür. Bir neçə il əvvəl bu markaların uzunmüddətli perspektivdə özünü doğruldub-doğrultmayacağı ilə bağlı suallar səslənirdisə, indi mənzərə xeyli dəyişib. Çin markalarının sayının və satışlarının artması ənənəvi avtomobil istehsalçıları üçün də rəqabəti gücləndirib.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Çin maşınları ilə bağlı hələ də tərəddüdlər var:
"Çin maşınları ilə bağlı hələ də müəyyən suallar və tərəddüdlər var. Çünki Çindən gələn bütün avtomobil markaları eyni səviyyədə deyil, eyni parametrlərlə təchiz olunmayıb. Maşınların konstruksiyasında müxtəlif elementlər var ki, biri-birindən kifayət qədər fərqlənir”.
O qeyd edib ki, Çindən gələn bir neçə maşın modeli özünü doğruldub:
"Çindən gələn bir neçə maşın modeli özünü doğruldub. Avtomobil həvəskarlarının və vətəndaşların marağındadır və onları cəlb edir. Həmin maşınlar kifayət qədər baha olmasına baxmayaraq, onları alırlar.
Eyni zamanda, ucuz seqment maşınlar da var ki, onlara da tələbat var. Düşünürlər ki, ucuz olsa da, ayağımı yerdən götürsün, təzədir, içi komfortludur. Alandan sonra isə sistem onları qane etmir. Yəni ənənəvi maşınlardan kifayət qədər fərqlənir, eyni zamanda aylarla ehtiyat hissələri axtarırlar.
Məsələn, kondisioner işləyir, yanacaq hibriddirsə, yanacaq və elektrik sistemi biri-birinə kömək təşkil etsə də, yürüş məsafəsi aşağı düşür. Belə olan halda məcbur olur kondisionerdən istifadə etməsin. Qışda isə isitmə sisteminə elektrik avtomobillərinin gücü çatmır”.
Nəqliyyat eksperti qeyd edib ki, belə maşınlarda taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən sərnişinlər narazılıq edirlər:
"Belə maşınlarda taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən sərnişinlər narazılıq edirlər ki, onlar kondisioneri qoşmur ki, mühərrik zəifləyir, yürüş məsafəsi kilometraja görə, aşağı düşür. Bəzi modellərdə belə problemlər olur”.
"Avtomobil alan zaman rəsmi dilerlərdən almaq lazımdır. Çünki onda ehtiyat hissələrini tapmaq olur, zəmanəti olur və servis xidməti göstərilir”,-deyə ekspert bildirib./azxebercom
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












