Çin avtomobilləri rekordlar qırır - Satışlar ikiqat artdı

2026-cı ilin mart ayında Çin avtomobil istehsalçıları Avropada rekord satış göstəricisinə çataraq 149 094 avtomobil satıblar. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Automotive News" məlumat yayıb. Qeyd olunan rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 97% artım deməkdir. Çin brendlərinin Avropa bazarındakı payı isə 9,4%-ə yüksəlib. Əvvəlki rekord 111 334 avtomobil səviyyəsində 2025-ci ilin dekabrında qeydə alınmışdı. Bu, Çin avtomobillərinin Avropada 100 min satış həddini keçdiyi nadir aylardan biridir. Mart ayında artımı əsasən plug-in hibridlərə olan yüksək tələb təmin edib. Bu seqmentdə satışlar dörd dəfə artıb və Avropada satılan hər üç Çin avtomobilindən biri (32%) hibriddir.
Avropada ən populyar Çin avtomobil markaları:
* MG – 39 717 ədəd (+2,6%)
* BYD – 37 732 ədəd (+152%)
* Chery – 36 551 ədəd (+369%)
Eyni zamanda Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, 2026-cı ilin martında Avropa İttifaqında yeni minik avtomobillərinin satışları illik müqayisədə 12,5% artaraq 1 158 317 ədədə çatıb.
Avropada mühərrik növlərinə görə ən çox satılan yeni avtomobillər:
* Hibridlər (HEV) – 444 835 ədəd (+20%)
* Benzinli avtomobillər – 262 617 ədəd (-9%)
* Elektrik avtomobilləri (BEV) – 234 532 ədəd (+49%)
* Plug-in hibridlər – 105 414 ədəd (+28%)
* Dizel avtomobillər – 83 739 ədəd (-12%)
* Digər növlər – 27 180 ədəd (-20%)
Ümumilikdə 2026-cı ilin ilk rübündə Avropa İttifaqında 2 822 616 yeni avtomobil qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 4% artım deməkdir.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












