Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi

Bir “Mercedes”, “Renault” və ya “Toyota” sahibi ehtiyat hissəsi almaq istədikdə adətən belə bir təkliflə qarşılaşır: bu detal orijinaldır, 150 manata satılır. Orijinal olmayan isə 80 manatdır.
Avtosfer.az xəbər verir ki, burada söhbət orijinal və analoq detallardan gedir. Artıq Almaniya, Yaponiya və Koreya istehsalı olan avtomobillərin qeyri-orijinal (analoq) ehtiyat hissələrindən ibarət böyük bir sistem formalaşıb. Bu da avtomobil sahibinə qiymət və keyfiyyət baxımından seçim etməyə imkan verir. Bəs nə üçün eyni şeyi Çİn avtomobilləri üçün görmürük?
İş burasındadır ki, analoq detal istehsalçılarının hər hansı orijinal detalı öyrənməsi, layihəndirməsi, sınaqdan keçirməsi və kütləvi istehsala başlaması üçün müəyyən vaxt tələb olunur. Bəzən bir detalın kütləvi istehsala hazırlanması illər tələb edir. Bu müddət ərzində Çin modelləri ya ciddi dəyişikliyə uğrayır, ya da ümumiyyətlə istehsaldan çıxarılır. Model cərgəsi o qədər sürətlə dəyişir ki, analoq bazarı bu şəraitə uyğunlaşa bilmir. Bu səbəbdən Çin avtomobili sahibləri demək olar bütün hallarda orijinal detallardan istifadəyə məhkumdur.
Bu xəbər də sizə maraqlı ola bilər:
Vüqar
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?












