Çin avtomobillərinin mühərriklərində yaranan ciddi problemlər

Çin avtomobillərində quraşdırılmış 1.5 litrlik turbinli mühərriklər 250 min kilometr yürüş üçün nəzərdə tutulub ki, bu da əksər avtomobillərin zəmanətində əks olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Aleksandr Nosko bildirib.
Qeyd olunur ki, Çin avtomobillərində zəmanət dövrünün yarısında belə, problemlər üzə çıxır.
"100 min km-də 1.5 litrlik Çin mühərriklərində tez-tez sensorlar və induksiya sarğacları sıradan çıxır, yağsızma və tüstülənmə problemləri yaranır. 200 min km yürüşdən sonra mühərrik yağı sərfiyyatının artması riski yüksəkdir, problem klapanların sərtləşmiş hidravlik itələyiciləridir. Həmçinin, yağ turbinə sorulur", - deyə ekspert izah edib.
Eyni zamanda, çuqun bloku sayəsində Çin mühərrikləri alüminium bloklu Avropa mühərriklərindən daha etibarlı hesab olunur. Çuqun silindrlər blokunun qızmaya davamlılığı daha çoxdur və blokun həndəsi bütövlüyü daha uzun müddət saxlanılır.
Marketinq baxımından Çin istehsalçıları "Aİ-92" markalı benzindən istifadə etməyi tövsiyə edirlər. Lakin bu yanacaq yüksəkoktanlı "Aİ-95"ə nisbətən detonasiyaya daha çox meyillidir. Bu da qurğunun gücünün və xidmət müddətinin azalmasına səbəb olur.
Yağı hər 7 min km-də bir dəfə dəyişdirmək tövsiyə olunur. Yağın sinfinə diqqət yetirməyə dəyər, çünki aztutumlu yüksəkgüclü mühərriklər yanacağın vaxtından əvvəl alovlanmasına meyillidirlər. Hər yağ bu situasiyada öz funksiyasını düzgün yerinə yetirə bilmir. (oxu.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











