Çin avtomobillərinin ucuzlaşma dövrü başa çatdı

Çin hökuməti elektromobil istehsalçılarına dövlət dəstəyi proqramını dayandırıb.
Avtosfer.az xəbər verir ki, plan istehsalçıların bazarda möhkəmlənməsi məqsədi daşıyırdı. İndi isə böyük müəssisələr gəlirlə işləyir. Bu ilin rübündə rentabelılilik göstəricisi 3 faizi ötüb.
Lakin istehsalçılar bu addımı müsbət qarşılamırlar. Onların fikrincə, hökumətin maliyyə dəstəyini çəkməsi Çin avtomobil sənayesinin zərərinə olacaq. Yardımın dayandırılması həm də qlobal miqyasda xammalın bahalaşdığı vaxta təsadüf edir.
Rusiyalı ekspertlər bu fikirdədirlər ki, artıq istehsalçılar qiymət müharibəsinə son qoyublar. Kimisə bazardan çıxarmaq, yaxud müştəri toplamaq üçün ifrat ucuz qiymətə maşın təklif etmək mümkün olmayacaq. Bir sözlə, ucuz Çin elektromobili və hibridi dövrü tarixə qovuşur. Bundan sonra yalnız artım proqnozlaşdırılır.
Azərbaycana gəlincə, Çin hökumətinin bu qərarı yaxın həftələrdə bazarda hiss olunmayacaq. Çünki ölkəyə son 1 ildə kifayət qədər çox Çin avtomobili idxal olunub və onların böyük hissəsi hələ də sahibini tapmayıb.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












