Çin bazarı üçün istehsal olunan maşınlarla bağlı XƏBƏRDARLIQ – Ən çox rast gəlinən PROBLEMLƏR

Son zamanlar Çin avtomobilləri bütün dünyada populyarlıq qazanıb. Ölkəmizə gətirilən yeni avtomobillər arasında Çin istehsalı maşınlar xüsusi çəkiyə malikdir.
Bu marağın əsas səbəbi Çin avtomobillərinin digər yeni maşınlarla müqayisədə daha sərfəli qiymətə təklif olunmasıdır. Üstəlik hibrid avtomobillər yanacaq sərfiyyatında da fərqlənir. Ona görə də Çinin əksər avtomobil firmalarının ölkəmizdə rəsmi distrubiteri olmasa da, yerli fiziki və hüquqi şəxslər asanlıqla avtomobil gətirə bilir.
Bəs Çin avtomobilləri ucuz olduğu qədər etibarlıdırmı?
Suala avtomobil ustası Vüsal İskəndərov aydınlıq gətirib. O, bildirdi ki, Çin avtomobil sənayesinin əsas problemlərindən biri xarici görünüşə həddindən artıq önəm verməsidir:
“Alman avtomobil sənayesi belə bir avtomobillər istehsal edə bilməz. Onlar üçün reputasiya o qədər əhəmiyyətlidir ki, bir səhv bütün imici məhv edə bilər. Ancaq çinlilər tez bir zamanda çox sayda model istehsal etməyə çalışırlar. Məsələn, bəzi modellərin oturacaqlarının nasaz olduğu barədə məlumatlar təsdiqlənib.
Ölkəmizə gətirilən avtomobillər əsasən Çinin daxili bazarı üçün nəzərdə tutulduğuna görə dil problemi var. Ən yaxşı halda Çin dilini ingilis dili ilə əvəzləyirlər. Amma bunu tamamilə etmək mümkün deyil. Bundan əlavə, Çin avtomobillərində radio dinləmək və digər xidmətlərdən istifadə etmək ancaq internet üzərindən mümkündür. Bu da əlavə xərc deməkdir”.
Müsahibimiz əlavə edib ki, Çin bazarı üçün nəzərdə tutulan avtomobillər Avropa bazarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab vermir:
“Ona görə də həmin avtomobillərin istehsalçı zəmanəti yoxdur. Bu da ondan xəbər verir ki, bu avtomobillərdə müxtəlif zavod qüsurlarının olma ehtimalı daha çoxdur. Digər bir problemsə avtomobilin üz qatının nazik metaldan olmasıdır. Ən xırda toxunuş avtomobilin səthində iz buraxır. Çin istehsalı olan avtomobillərin istismar təcrübəsi azdır, ona görə də onların nə qədər davamlı, təmirədayanıqlı və tələbsiz olduğu hələ məlum deyil”.(bizim.media)
Nadir "Ferrari Enzo" altı milyon dollara satışa çıxarılır - FOTO
Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? - "Çin öz xeyrinə olanı edəcək" - VİDEO
Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar
Yanacağın bahalaşması Avropada işlənmiş elektromobillərə marağı artırıb
“Škoda” Çin bazarını tərk edir – SƏBƏB
Elektrikli maşınlara keçid məcburiləşdi - Yanacaq tapılmır
Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
Yanacaq qıtlığı ilə əlaqədar avtomobildən istifadə məhdudlaşdırılır - SƏBƏB
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
"Niva"nın yeni modeli belə olacaq — FOTOLAR
Nazirlər Kabinetindən yeni qərar - 800 minədək elektrik avtomobili ...










