Çin markası Avropanın ən bahalısını keçdi – Gələcəyin texnologiyası

Almaniyanın Papenburq test trasında keçirilən sınaqda “Yangwang U9 Xtreme” modeli saatda 496,4 kilometr sürət toplayaraq adi yollarda sürülməsinə icazə verilən avtomobillər arasında dünya rekordunu yeniləyib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə ilə Çinli “BYD” şirkətinin lüks brendi olan “Yangwang”ın hiperavtomobili, “Bugatti Chiron Super Sport”un 490,5 km/saat göstəricisini geridə qoyaraq tarixi nailiyyətə imza atıb.
Rekord sınağı alman sürücü Mark Bassengin idarəsində həyata keçirilib. Papenburqdakı yüksək sürətli test meydançasında baş tutan bu cəhd zamanı Basseng avtomobilin imkanlarını son həddinə qədər yoxlayıb: “Bu texniki baxımdan daxili yanma mühərriki ilə mümkün deyil. Nə güc dəyişməsi, nə səs var – tamamilə yola fokuslana bildim”.
Rəsmi adı ilə “U9X”, hazırda Çində satışda olan “U9” modelinin xüsusi modifikasiya olunmuş versiyasıdır. Rekord sınağı üçün avtomobilin enerji sistemi 800 voltdan 1200 volta yüksəldilib. Yeni nəsil “Blade” batareyası 30C kimi yüksək boşalma göstəricisinə malikdir və nəzəri olaraq bütün enerjisini cəmi iki dəqiqəyə sərf edə bilir.
Avtomobilin dörd elektrik mühərriki 30 min dövr/dəq sürətlə fırlanır və ümumilikdə 3000 at gücündən artıq enerji istehsal edir. Gücün yola ötürülməsi üçün yarı-slik təkərlər və xüsusi tənzimlənmiş “DiSus-X” asqı sistemi istifadə olunub. Şirkət cəmi 30 ədəd “U9 Xtreme” istehsal ediləcəyini açıqlayıb.
“BYD” şirkətinin vitse-prezidenti Stella Li hadisəni belə dəyərləndirib: “Bu, inanılmaz dərəcədə qürurverici an oldu. “Yangwang” imkansız sözünü qəbul etmir. İndi dünyanın ən sürətli seriya istehsalı avtomobili elektriklidir”.
100 km/saat sürəti 2.36 saniyəyə yığan avtomobilin qiyməti 250 min dollardan (təxminən 430 min manat) bahadır.
Beləliklə, elektrikli avtomobillər artıq təkcə ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi deyil, həm də dünyanın ən sürətli avtomobilləri kateqoriyasında tarix yazmağa başlayıb./bakupost.az
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












