Çin nəhəngi yapon brendini ittiham etdi

Çinin Li Auto şirkəti rəqibi Dongfeng Nissan-ı haqsız rəqabətdə ittiham edib. Şirkətin qurucusu Li Xiang bildirib ki, rəqibin əməkdaşları sosial şəbəkələrdə saxta hesablar yaradaraq onların avtomobilləri haqqında mənfi məlumatlar yayıb.
Avtosfer.az “Baku”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu hesablar sistemli şəkildə yalan və qərəzli rəylər paylaşır, köhnələri bloklandıqca yeniləri açılır. Şirkətin hüquq şöbəsi artıq bununla bağlı sübutlar topladığını və materialların hüquq-mühafizə orqanlarına təqdim ediləcəyini açıqlayıb.
İddialara əsasən, kampaniya əsasən Li L6 və Li i6 modellərinə qarşı yönəlib. Bu avtomobillər bazarda birbaşa rəqib sayılır.
Dongfeng Nissan tərəfi isə ittihamları rədd edib. Şirkətin elektrik avtomobilləri bölməsinin rəhbəri Wang Qian bildirib ki, brend sənaye qaydalarına əməl edir və sağlam rəqabətin tərəfdarıdır.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












