Çin təkərlərinin heç biri qış testini keçə bilmədi

Almaniyanın ADAC avtomobil klubu qış şinləri ilə bağlı test keçirib.
Avtosfer.az xəbər verir ki, sınaqlarda Avropa ilə yanaşı, Yaponiya və Çin təkərləri də yoxlıanılıb. Testdə 16 brendin orta sinif avtomobilər üçün nəzərdə tutulmuş şinləri qar, buz, yaş asfalt və quru yolda yoxlanılıb.
Sürüş zamanı Avropa və Yaponiyanın bahalı brendlərinin məhsulları yüksək nəticə göstərib. Bura “Bridgestone Blizzak 6”, “Hankook Winter RS3”, “ESA+TECAR Supergrip Pro2”, “Dunlop Winter” və “Yokohama BluEarth Winter V906” daxildir.
Test edilən Çin brendlərinin hamısı (“Sunwide Snowide”, “Tracmax Ice-Plus S210”, “Aptany RW211”, “Royal Black Royalwinter UHP”) aşağı nəticə ilə yadda qalıb.
“Sunwide Snowide” modeli qarlı yolda çox yaxşı nəticə göstərsə də, quru və yağışlı havada tam uğursuz olub. 80 km/saat sürətlə test zamanı quru yolda avtomobilin tormoz məsafəsi Avropa təkərləri ilə müqayisədə 10-12 metr uzun olub. Digər Çin modelləri istisnasız olaraq bütün sınaqlarda pis nəticə göstərib.
Çinin özündə aparılan testlərdə yerli markalar yüksək nəticə göstərir. Amma maraqlıdır ki, bahalı Çin maşınları bir qayda olarqa Avropa modeli şinlərlə komplektləşdirilir.
Nəhayət, yerli oxucunu maraqlandıran sual: almanların testinin bizim üçün əhəmiyyəti nədir?
Məsələ burasındadır ki, Azərbaycanda Şimal ölkələrindəki kimi yollarda həftələrlə buz olmur. Amma yağışlı və soyuq havalar intensivdir. Buna görə də bizim üçün təkərin məhz yağışlı havada və quru, soyuq asfaltda yerlə kontakt yaratması həyati əhəmiyyət daşıyır.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












