Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?

Çinin daxili avtomobil bazarında ötən payızda başlayan geriləmə davam edir.
Avtosfer.az xəbər verir ki, təkcə 2026-cı ilin ilk yarısında geriləmə 20 faiz olub. Bu, əlbəttə ki, rəsmi statistikadır. Müstəqil ekspertlər real vəziyyətin daha ağır olduğu qənaətindədirlər.
Asiyanın birinci iqtisadiyyatında avtomobil bazarının geriləməsi istehsalçılar arasındakı qiymət müharibəsi ilə bağlıdır. Rəqabət ilk növbədə yerli istehsalçıları vurdu və bəzi oyunçular bazarı tərk etdi. Hətta BYD kimi nəhəng də bu rəqabətdən zərərlə çıxdı.
İndi isə Çinin Ticarət Nazirliyi və digər 2 qurum hərəkətə keçib. Avtomobil istehsalçıları üçün 20 bəndlik tövsiyə hazırlanıb. Sənədə görə istehsalçılar reklam, endirim və maliyyə məsələsində şəffaflığı təmin etməli, kəskin qiymət dəyişikliklərindən qaçmalı, xarici dilerlərə daha çox sərbəstlik verməlidir. Ən əsası, avtomobillərin qiyməti real xərclərə və yerli bazara uyğun olmalıdır.
Daxili bazardakı qiymət müharibəsinin ümumilikdə iqtisadiyyata ciddi zərbə vurduğu göründü. Bir daha sübut olundu ki, bazarın dəyişməyən qanunu olan tələb və təklifə müdaxilə heç bir halda özünü doğrultmur.
İndi çinli məmurları bir məqam narahat edir. Ölkə ötən il 8,3 milyon avtomobil ixrac edib. Xarici bazar avtomobil sənayesi üçün xilasetmə dairəsidir. Əgər çinli istehsalçılar dünyanın əsas avtomobil bazarı olan Avropada bir-birinə qarşı qiymət oyununa başlasa, o zaman iflasın qarşısını almaq mümkün olmayacaq. Daxili təcrübə göstərdi ki, belə bir ağır rəqabətdən cəmi bir neçə şirkət salamat çıxa bilib.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












