Çindən Aİ-yə avtomobil idxalı ilk dəfə ixracı üstələyib

2025-ci ildə Çindən Avropa İttifaqına (Aİ) avtomobil və ehtiyat hissələrinin idxalının həcmi ilk dəfə olaraq Aİ-dən Çinə eyni məhsulların ixracını üstələyib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi "EY konsaltinq" şirkətinin hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, bu vəziyyət Avropadan Çinə avtomobil və ehtiyat hissələrinin ixracının ötən il 34% azalaraq 16 milyard avroya düşməsi, eyni zamanda Çindən idxalın isə 8% artaraq 22 milyard avroya çatması ilə əlaqədardır.
Hesabat müəllifləri bildirirlər ki, 2022-ci ildən bəri Avropanın Çinə avtomobil ixracı iki dəfədən çox azalıb. Ümumi mənzərədə yalnız Almaniya fərqlənir: alman avtomobillərinin Çinə ixracı hələ də idxalı üstələyir.
Lakin bu fərqin sürətlə azaldığı qeyd olunur. Belə ki, 2022-ci ildə Almaniya Çinə 30 milyard avro dəyərində avtomobil və ehtiyat hissələri ixrac etdiyi halda, 2025-ci ildə bu göstərici 13,6 milyard avroya düşüb. Eyni dövrdə Çindən idxal 7,4 milyard avroya çatıb.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












