Çinli istehsalçıların qlobal problemi: maşın çox, bazarlar kiçikdir

Çinin avtomobil sənayesinin sürətli inkişafı problemlər də doğurub.
Avtosfer.az Avropa mənbələrinə istinadla xəbər verir ki, istehsalçılar ciddi bazar problemi ilə üzləşiblər. 2025-ci ildə ölkədə 30 milyon avtomobil istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 10 faiz çoxdur.
Ötən il istehsal edilmiş avtomobillərin 23 milyondan bir qədər çoxu satılıb. 7 milyona yaxın maşın müştəri gözləyir. Daxili bazar dolduğu üçün böyük istehsalçılar ixraca yönəlirlər.
Çin avtomobil istehsalçıları Assosiasiyasının statistikasına görə ötən il ixracın lideri 1,3 milyon avtomobillə “Chery” olub. Növbəti yerləri 1 milyonluq ixracla BYD, 900 min maşınla SAİC və 600 minlə “Geely” bölüşür. Bu dörd istehjsalçı avtomobil ixracının üçdə ikisini reallaşdırıb.
Çinli istehsalçıların ilk hədəfi 450 milyon nəfərin yaşadığı Avropadır. Ötən il qitədə təzə Çin maşınlarının bazar payı 6 faizə çatıb. Gələn il isə bu payın 10 faiz olacağı gözlənilir.
Digər ölkələrdə satışlar artsa belə, artıq istehsal problemini aradan qaldırmaq mümkün olmayıb. Dünyanın əksər ölkələrində Çin avtomobillərinin bolluğu yaranıb. Zavodlar isə tam gücü ilə işləyir.
Vüqar Yaşaroğlu
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












