Çinlilər niyə daxiliyanma mühərriki layihələndirmirlər? - SƏBƏB

Çinli istehsalçıların elektromobil və onun detallarının istehsalında əldə etdiyi uğur hər kəsə məlumdur. Lakin nədənsə onların daxiliyanma mühərrikləri sahəsində ciddi innovasiyalarına rast gəlinmir. Bəs Çinin bu sahədə geri qalmasının səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, məsələnin cavabını avropalı ekspertlər tapıb. Onlar bildirirlər ki, özünün daxiliyanma mühərrikini (DYM) sıfırdan layihələndirmək çox böyük vaxt və vəsait tələb edir. Üstəgəl, DYM-nin istehsalını qurmaq çox çətindir. Bir DYM-ni fərqli sin ifdən olan modellərə kütləvi tətbiq etmək də mümkün deyil. Həcm və güc artırılarkən bir çox parametr dəyişməlidir. Bu səbəbdən əksər Çin avtomobilləri 1,5 litrlik benzin mühərriklə təchiz edilir.
Elektrik mühərriki isə quruluş etibarı ilə daha sadədir və istehsalı asan başa gəlir. Üstəgəl, bir platforma yaradaraq ora çox sayda kuzov “geyindirmək” mümkündür. Sadə dildə desək, eyni platformada sedan, furqon, universal və digər tiplər istehsal etmək olar. Detalların unifikasiya səviyyəsi yüksək olduqda yeni modelin müştərisi də çox olacaq. Buna görə də, istehsalçılar daha asan başa gələn yola üz tuturlar.
Vüqar Yaşaroğlu
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












