Daha bir avtomobil şirkətində böhran - İşçilər tətil edir

"Tofaş" işçiləri əmək müqaviləsi danışıqlarının uğursuzluğu üzündən etiraz ediblər. Avtosfer.az xəbər verir ki, Türkiyənin avtomobil istehsalçısı Tofaş fabrikində işçilər əmək müqaviləsi danışıqlarının nəticəsiz qalmasına etiraz olaraq aksiyaya başlayıblar. İşçilər maaş artımı və əlavə güzəştlərin təmin edilməməsinə etiraz əlaməti olaraq yeməkxanada çəngəl və qaşıqları stola vurublar. Türkiyə Metal İşçiləri İttifaqı işçilər adından maaşın 20 faiz artırılmasını və 35 lirə əlavə ödəniş edilməsini tələb edib. İşəgötürən tərəf isə yalnız 5 faiz artım və 11,50 lirə təklif edib. Bu fərq danışıqların uzanmasına səbəb olub. Etiraz zamanı işçilər xsüsusi şüarlarla tələblərini ifadə ediblər və danışıqların bu vəziyyətdə davam etməsi halında etirazların artacağını bildiriblər.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












