"Dairəvi dəmir yolu tıxacları aradan qaldıra bilər"

Gələn ilin fevralında Abşeron dairəvi dəmir yolu xəttinin açılışı nəzərdə tutulur. Bir qədər əvvəl isə həmin xəttin üzərində yerləşən Pirşağı dəmir yolu stansiyasının açılışı olub.
Dairənin istifadəyə verilməsinin əhəmiyyəti nədir və hansı potensial imkanları var?
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, Abşeron dairəvi dəmir yolu layihəsinin reallaşması nəqliyyat yükünü azaldaraq tıxacları aradan qaldıra bilər: "Müxtəlif dünya təcrübələri göstərir ki, sürətli elektrik qatarları sərnişin daşınmasında kifayət qədər ciddi paya və əhəmiyyətə malikdir. Abşeron dairəvi dəmir yolu əslində konsept olaraq çox əhəmiyyətli bir layihədir. Dairəvi yolun açılışı nəqliyyat yükünü azalda və tıxacları aradan qaldıra bilər".

"Bu məsələnin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, dairəvi yolun infrastrukturu formalaşdırıldıqdan və tikinti tamamlandıqdan sonra dairənin əhatəsinin genişləndirilməsinə zərurət yaranır. Belə ki, Bakının mərkəzindən, həmçinin Xırdalan, Binə və Şıxov istiqamətlərindən dairəvi dəmir yolu sisteminə qoşulmağa imkan verən əlavə xətlərin çəkilməsi mümkün olsa, onda bu yol sərnişin daşınmasında kifayət qədər ciddi əhəmiyyətə malik olacaq.
Məsələn, Lökbatandan kimsə Sumqayıta getmək istəyirsə, bizə həmin xətti dairəvi yola birləşdirmək lazım olacaq. Nəticədə sərnişin Bakıya girmədən dairəvi dəmir yolu xəttinin imkanlarından istifadə edərək Sumqayıta və ya Binəyə çata biləcək. Digər tərəfdən, həmin dairəvi yola xidmət edəcək mərkəzi stansiyaya metro xətti çəkməklə onun da birbaşa dairəvi yola çıxışı təmin oluna bilər. Bu vaxt periferiyadan hava limanı istiqamətində gedən sərnişinlərin yenə də şəhərə girmədən birbaşa hava limanına çatdırlması təmin ediləcək. Yəni bu formada şəbəkələşmiş bir sistem qurmaq mümkündür", - İ.Hüseynli qeyd edib.
Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı










