Daxiliyanma mühərriki 1673-cü ildə icad edilibmiş - FOTO

Bu gün mühərrik və avtomobil dedikdə ağlımıza ilk olaraq Otto, Daymler, Dizel kimi alman mühəndislər gəlir. Lakin, mühərrikin ideyası və ərsəyə gəlməsi heç də alman və fransızlara aid deyilmiş. Həm də mühərrik ixtiraçısının yaşadığı dövrdə heç benzin anlayışı da yox idi.
Avtosfer.az xəbər verir ki, bu yaxınlarda işıq üzü görən sənədlər başqa reallıqdan xəbər verir. Məşhur Versal sarayının ətrafındakı bağların suvarılmasına böyük su lazım idi. O dövrdə istifadə edilən texniki vasitələr (külək, buxar və əl qurğuları) yetərsiz idi. Bu da kralı narahat edirdi.
1673-cü ildə kral sarayında işləyən Kristian Hüqensə bu problemi həll etmək tapşırılır. Hollandiyalı ixtiraçı bunun üçün bir silindr götürərək içərisinə porşen yerləşdirir. İş prinsipi belədir: silindrdə yanan az miqdarda barıt porşeni itələyir, təzyiqli qaz dəridən hazırlanmış klapandan xaric edilir. Sonra isə təzyiq seyrəlir və porşen atmosfer təzyiqinin təsiri ilə aşağı hərəkət edir. Porşenə iplə birləşdirilən qasnaq (danışıqda şkiv) hərəkət edərək iş görür: ya yük qaldırır, ya da su vurur.
İctimai baxış zamanı Hüqensin mühərrikinin səmərəsi görünür. 1 qaşıq barıt 7 nəfəri havaya qaldırmağa kifayət edir. Bu da təxminən 500 kiloqramdır.
Lakin bu qurğu uzunömürlü olmadı. Barıt çox his verdiyi üçün sistem kilidlənirdi. Bununla belə, Hüqens yanmanın partlayışın ram edilməsinin mümkünlüyünü əyani olaraq göstərdi.
Hüqensin vəfatından sonra Britaniyada buxar mühərriki icad edildi. 2 əsr sonra, 1876-cı ildə isə Nikolaus Otto məşhur dördtaktlı mühərrikin ideyasını verdi və ərsəyə gətirdi. Digər alman mühəndislər isə onu təkmilləşdirdilər.
Bu gün elektromobilə sürətlə keçid dövründə də daxiliyanma mühərriki əhəmiyyətini itirmir. Mühərrikin iş prinsipi və əsas quruluş elementləri də son 150 ildə ciddi dəyişikliyə məruz qalmayıb.
Vüqar Yaşaroğlu

"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












