"Dizel avtomobillərə qadağa havanın çirklənməsini azaltmaq üçün tətbiq edilir" - EKSPERT

“Azərbaycanda dizel mühərrikli avtomobillərə tam qadağa qoymaq hazırda real görünmür”.
Avtosfer.az xəbər verir ki, bunu "Demokrat"a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
Onun sözlərinə görə, Avropada dizel avtomobillərə qadağa havanın çirklənməsini azaltmaq üçün tətbiq edilir:
“Azərbaycanda hava keyfiyyəti vacib olsa da, çirklənmə səviyyəsi Avropa şəhərləri ilə müqayisədə daha aşağıdır. Dizel avtomobillər ölkədə geniş istifadə olunur. Tam qadağa, xüsusilə artıq olan maşınlara görə, vətəndaşlara ciddi çətinlik yarada bilər. Şəhər mərkəzində qismən qadağalar tətbiq oluna bilər. Yeni, az yanacaq sərf edən avtomobillərin təşviqi mümkündür. Hibrit və elektrik avtomobillərin idxalının artırılması və vergidən azad edilməsi effektiv addımlar hesab olunur. Hazırda tam qadağa tətbiqi real deyil, amma ekoloji yükü azaltmaq üçün müəyyən məhdudiyyətlər və alternativ enerji avtomobillərinin təşviqi mühüm rol oynayır”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












