Dünya Çinin, çinlilər isə Yaponiyanın avtomobillərinə heyrandırlar

Yaponiyanın "Toyota" və "Nissan" elektrik avtomobilləri yerli dizaynları ilə çinli sürücülərin diqqətini çəkir.
Belə ki, "Toyota"nın "Bz3X" elektrik mühərrikli idman avtomobili aprel ayında Çində ən çox satılan xarici yeni enerji SUV-ları arasında yer alıb.
Avtosfer.az NTV telekanalına istinadla xəbər verir ki, "Toyota" Çində ümumi avtomobil satışlarını ötən ay 21 faiz artıraraq 142 800 ədədə çatdırıb.
Şirkətin Çində elektriklə işləyən maşınlarının satış sayı isə 84 faiz artaraq 9 400 ədəd təşkil edib.
"Bz3X" avtomobillinin özəlliyi ondan ibarətdir ki, o, cəmi 24 dəqiqə ərzində 30-80 faizə qədər enerji doldura bilən batareyaya malikdir.
Çinlilərin üstünlük verdikləri digər yapon avtomobili isə "Nissan"dır. Çinli istehlakçıların seçimlərinə uyğun dizayn edilmiş "Nissan N7" soyuducu, süni intellektə əsaslanan duruş idarəsi və masaj funksiyalı oturacaqlar kimi funksiyaları özündə birləşdirir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












