Dünyada elektromobil satışları 21% artdı

“Rho Motion”un hesabatına görə, iyul ayında dünya üzrə 1.6 milyon elektromobil satılıb. Bu, 2024-cü ilin iyul ayı ilə müqayisədə 21% çoxdur. Bununla belə, iyun ayı ilə müqayisədə satılan elektrik avtomobillərin sayı 9% azalıb.
Ümumilikdə, ilin əvvəlindən qlobal satışlar 10.7 milyon ədədi keçib ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən 27% çoxdur. Çin qlobal bazara liderlik etməkdə davam edir və burada ümumi satışlarda elektrik avtomobillərinin payı 50%-dən yuxarı olaraq qalır, “Rho Motion” qeyd edir. Çində elektrikli avtomobil satışları son yeddi ayda keçən illə müqayisədə 29% artaraq 6.5 milyon ədədə çatıb.
Avropada satışlar 30% artaraq 2.3 milyon ədəd təşkil edib. Almaniya və Böyük Britaniyada illik satış artımı müvafiq olaraq 43% və 32%, İtaliyada 40%, Fransada isə hökumətin insanları elektrikli avtomobillərə keçməyə təşviq etmək səylərinə baxmayaraq, cəmi 9% artıb.(banker.az)
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır












