Dünyanın ən dəyərli 10 avtomobil brendi – ARAŞDIRMA

Bu il üçün dünyanın ən dəyərli 10 avtomobil brendinin adı açıqlanıb.
İqtisadiyyat.az-ın araşdırmasına görə, Amerikanın elektrikli avtomobil markası olan “Tesla”nın bu ilin 8 ayında bazar kapitallaşması 1,1 trilyon dollara çatıb.
“Tesla, təxminən 70% bazar payı ilə ABŞ-də akkumulyatorla işləyən elektrikli avtomobil satışında liderdir.
Dünyanın ən dəyərli digər avtomobil şirkətləri isə bunlardır:
Brend
Bazar dəyəri
Tesla
1,1 trilyon dollar
Toyota
252,8 milyard dollar
Xiaomi
174,8 milyard dollar
BYD
132,3 milyard dollar
Ferrari
80 milyard dollar
BMW
62,3 milyard dollar
Mercedes-Benz
58,7 milyard dollar
Volkswagen
58,1 milyard dollar
General Motors
51,6 milyard dollar
Porsche
48,9 milyard dollar
Araşdırmalara görə, bu ilin iyul ayına qədər qlobal avtomobil satışları ötən illə müqayisədə 3,4% artaraq 49,94 milyon ədədə çatıb. Çin ən böyük qlobal bazar olaraq qalır. Bu nəhəng bazar bütün qlobal satışların 29%-ni təşkil edib. ABŞ isə bu siyahıda 2-ci yerdə qərarlaşıb və dünya bazarında 19% paya sahib olub.
Məlumata görə, qlobal elektrikli avtomobil satışı ötən il 25%-dən çox artaraq 17 milyonu keçib. Çin 11 milyondan çox elektrikli avtomobil sataraq əsas bazarlar arasında liderliyini qoruyub.
Təkcə bu ilin birinci rübündə dünya üzrə 4 milyondan çox elektrikli avtomobil satılıb. Bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə 35% çoxdur.
Elektrikli avtomobil satışının 2025-ci ildə 20 milyonu keçəcəyi gözlənilir ki, bu da ümumi avtomobil satışlarının dörddə birini təşkil edir. Satış həcminə iqtisadi və siyasi qeyri-müəyyənliklər təsir göstərsə də , bu il satılan hər dörd avtomobildən birinin elektrikli olacağı gözlənilir.
Birinci rübdə güclü satış göstəricilərinə əsaslanaraq, Çinin il ərzində 14 milyondan çox elektrikli avtomobil satacağı proqnozlaşdırılır. İl ərzində elektrikli avtomobil satışının Avropada 4 milyona çatacağı gözlənilir. Dünyanın qalan hissəsində isə bu avtomobillərin satışının 30%-dən çox artaraq 1,8 milyona çatacağı gözlənilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










