Əbədi xidmət: Mexanik çox etibarlı avtomobili açıqladı

Təcrübəli mexanik Skotti Kilmer bir işlənmiş avtomobildən danışıb ki, əksər sürücülər onu lazımsız yerə görməzdən gəlirlər. Onun sözlərinə görə, bu çox etibarlı modeldir və ikinci əl bazarda ucuz qiymətə almaq mümkündür.
Avtosfer.az xəbər verir ki, bu barədə "Supercar Blondie" yazır.
Kilmer "YouTube" kanalındakı bir videosunda sürücülərə "Toyota Camry Solara" avtomobilinə diqqət yetirməyi tövsiyə edib. O vurğulayıb ki, bu avtomobil işlənmiş avtomobillər arasında “incidir”.
Məqalədə xatırladılıb ki, "Toyota Camry Solara" məşhur eyni adlı sedan əsasında hazırlanmış kupе/kabrioletdir və bu model 1998–2009-cu illərdə istehsal olunub.
Mexanik paylaşır ki, onun dostu illər əvvəl "Toyota Camry Solara"nı 5500 dollara, təxminən 100 000 km məsafə qət etmiş halda alıb. Avtomobil qəza keçirib, amma onu asanlıqla təmir etmək mümkün olub. Kilmerin sözlərinə görə, indi bu avtomobil hələ də işləkdir və 140 000 km-dən çox yol qət edib.
“Belə avtomobillər demək olar ki, əbədi sürə bilər”, deyə mexanik videoda qeyd edib./hit.az
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












