Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Fransanın avtomobil sənayesinin simvollarından olan “Citroen 2CV” təxminən 40 illik fasilədən sonra tam elektrik versiyasında yenidən istehsala qayıtmağa hazırlaşır. Modelin 2028-ci ilin sonunadək satışa çıxarılması gözlənilir.
Avtosfer.az xəbər verir ki, oktyabrın 13-dən 18-dək Parisdə keçiriləcək Beynəlxalq Avtomobil Sərgisində təqdim olunacaq konsept avtomobil klassik dizaynı və təxminən 15 min avroluq qiyməti ilə diqqət çəkir.
V formalı kapot, dik ön şüşə və dairəvi faralar onun orijinal görünüşünü qoruyur.
İlk dəfə 1948-ci ildə satışa çıxarılan “2CV” 1990-cı ilədək istehsal olunub və ümumilikdə beş milyondan çox nüsxəsi buraxılıb.
“Stellantis” şirkəti yeni avtomobilin çəkisini bir tondan aşağı saxlamağı və onu gündəlik istifadə üçün nəzərdə tutulan kiçik batareya ilə təchiz etməyi planlaşdırır. Furqon versiyasının istehsalı da nəzərdən keçirilir.
“Citroen”in baş direktoru Ksavye Şardon bildirib ki, “2CV” avadanlıqlarına görə deyil, insanlara yaratdığı imkanlara görə əfsanəyə çevrilib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












