Əgər hansısa parkinq ləğv olunursa, alternativlər təqdim edilməlidir

Bakı şəhərində "Gənclik" metro stansiyasının şimal çıxışında Atatürk parkı və Antena parkı (avtomobillərin parklanma yeri) birləşdirilərək piyada əlaqəsi yaradılacaq. Bu qərarın nəticəsində həmin ərazidə parklanma imkanlarının azalacağı, bunun isə park ətrafında fəaliyyət göstərən restoranlara və digər obyektlərə müştəri axınına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaranır. Bu baxımdan, həm şəhər mühitinin yaxşılaşdırılması, həm də bizneslərin fəaliyyətinə mümkün təsirlərin necə balanslaşdırılacağı məsələsi müzakirə mövzusu kimi qalır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, Bakının piyada gəzilməli olan hissələrinin artırılmasına ümumilikdə pozitiv yanaşır:

"Şəhərlər ona görə gözəl və yaşamaq üçün əlverişli sayılmır ki, orada çoxlu maşın var, tıxac var və hamı şəxsi avtomobillə hərəkət edir. Şəhərlər ona görə gözəl və yaxşı şəhər sayılır ki, orada ictimai nəqliyyat yaxşı inkişaf edir, mikromobillik vasitələri daha geniş yayılıb və piyadalar rahat hərəkət edə bilir. Bu həm şəhərin ekologiyasına faydalıdır, həm də şəhəri daha da cəlbedici edir. Ola bilsin ki, hansısa biznes bu cür qərarlardan zərər görsün. Amma eyni zamanda digər istiqamətlərdə bu qərarların yalnız mənfi təsiri yoxdur. Hansısa biznesin ənənəvi fəaliyyətinə mənfi təsir göstərə bilər, lakin paralel olaraq yeni fəaliyyət sahələri də yaranır. İnsanlar parklara daha çox gəldikcə və gəzinti artdıqca digər biznes növləri, fəaliyyət sahələri və atraksionlar daha yaxşı inkişaf edə bilər. Məsələn, həmin ərazilərdə kafe-restoranlar, paltar mağazaları, aksesuar dükanları və digər xidmət sahələri yarana bilər.
Bu qərarlara ümumilikdə biznes maraqları prizmasından deyil, şəhərin inkişafı və şəhərdə yaşama keyfiyyətinin yaxşılaşması aspektindən yanaşmaq lazımdır. Təsirlənən bizneslər isə öz biznes modellərini yeni şəraitə uyğunlaşdırmalıdır. Məsələn, Tarqovı (Nizami küçəsi) ərazisində də genişləndirmələr aparılıb. Ola bilsin ki, orada bəzi bizneslər fəaliyyətini dayandırıb, amma əvəzində yeni bizneslər formalaşıb. Əmlak sahibləri isə təyinatı dəyişərək obyektlərdən başqa istiqamətdə istifadə etməyə başlayıb. Ümumilikdə bu yanaşmaya müsbət baxıram. Əmlak sahibləri mövcud vəziyyətə uyğun olaraq biznes modellərini yenidən dizayn etməlidirlər. Belə layihələr hazırlanarkən avtomobillərin parklanması üçün şərait də nəzərə alınmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti məsələyə kompleks yanaşmalıdır. Əgər hansısa parkinq ləğv olunursa, alternativlər təqdim edilməlidir. Yenidənqurma layihələri birtərəfli şəkildə icra olunmamalıdır".
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












