Ekspert Çin avtomobillərinin kuzov və sürət qutusu problemlərindən danışdı

Çin avtomobilləri ilə bağlı çox söz danışılır və bunların böyük qismi reallıqla az uyğunlaşır. Bəs bu ölkədə istehsal olunmuş avtomobillərin kuzovunun zəif olması fikri nə dərəcədə doğrudur?
Avtosfer.az xəbər verir ki, Avtostat saytının baş redaktoru Sergey Selikov məsələyə münasibət bildirib. Selikovun fikrincə, Çinin əksər maşınlarında kuzov detalları sinklə örtülmür. Satış menecerləri isə əksini iddia edirlər.
Jurnalist həmçinin əlavə edib ki, Çin maşınlarında metalın qalınlığı azdır. Buna görə də qəza zamanı təmir çətin olur. Digər tərəfdən, avropalılardan fərqli olaraq çinlilər avtomobili on illərlə istismar üçün hazırlamırlar.
Selikov bildirir ki, bəzi Çin maşınlarında sürət qutusu ilə bağlı da ciddi problemlər mövcuddur. Məsələni taksi sürücüləri daha yaxşı bilirlər. Səbəb bu xidmət üçün bir qayda olaraq ucuz modellərin seçilməsidir.
Bununla belə, Çİndə ikinci əl avtomobil bazarı mövcuddur. Orda maşınlar Avropa və MDB məkanındakından 3 dəfə daha sürətlə dəyər itirir. Lakin bu, çinliləri narahat etmir. Ən lazımsız texnika belə, metal kimi təhvil verilir və münasib qiymətə başqa maşın alınır.
QEYD: yazıdakı fikirlər redaksiyanın mövqeyini əks etdirmir.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












