Elektrik nəqliyyatı ekoloji zərərli yanacaqdan istifadəni zəruri edir

Daş kömür keçmişin yanacağı hesab olunur. Lakin ondan istifadə son 30 ildə 2 dəfə artıb. Bu statistika Beynəlxalq Enerji Agentliyinin illik hesabatında deyilir. 2024-cü ildə isə istehlak rekord həddə 7,8 milyard tona çatıb. Agentlik bərpaolunan enerji mənbələri sayəsində istehlak 2027-ci ildən azalmanın baş verəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, daş kömür istehsalında və istehlakında ilk yerdə Çin dayanır. Dünyada hasil olunan hər 3 ton kömürdən biri Çinin istilik elektrik stansiyalarında yandırılır. Ölkədə hər gün 14 milyon ton kömür hasil edilir. Lakin işin əks tərəfi də var.
Çin bərpaolunan enerjinin bütün növlərinə ən çox sərmayə qoyan ölkədir. Lakin ölkənin artan elektrik tələbatını qarşılamaq üçün kömürdən istifadə azaldılmır.
Digər ölkələrdə də kömürdən istifadə dayanıqlı hal alıb. Bunun əsas səbəbi kondisionerlərdən istifadə və elektrik nəqliyyatının genişlənməsidir. İlk baxışdan ziddiyyətli görünsə də, elektromobil sayının artması neft və kömürdən istifadəni məcburiyyət halına gətirir. Külək və Günəşdən hasil edilən elektrik enerjisi elektrik nəqliyyatının artan tələbatıbıl qarşılaya bilmir. Buna görə də yaxın illərdə hansısa ölkənin bütövlükdə kömürdən imtina edəcəyinə inanmaq sadəlövhlük olardı.
Koronavirus pandemiyasından sonra daş kömür hasilatından əldə edilən gəlir yarıbayarı artıb. Hazırda 1 ton daş kömürünsatışından 140 dollar məfəət əldə edilir. Buna görə də dünyanın ən böyük kömür ixracatçısı olan Avstraliya hasilatı azaltmaq niyyətində deyil. Bununla belə, bərpaolunan enerji sahəsinə ciddi yatırım qoyulur.
ABŞ və Avropada isə kömür tədricən qazla əvəzlənir. Buna görə də, kömürdən istifadə ilbəil azalır.
Vüqar
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO










