Elektrikli avtomobillərin yürüş məsafəsini artıracaq yeni həll: Metalsız mühərrik

Cənubi Koreya alimlər elektrikli avtomobillərdə mühərriklərin çəkisini azaltmaq və performansı yüksəltmək üçün diqqətəlayiq bir addım atıblar.
Avtosfer.az xəbər verir ki, Koreya Elm və Texnologiya İnstitutunun (KIST) kompozit materiallar üzrə tədqiqat mərkəzindən doktor De-Yun Kim rəhbərliyindəki komanda, tamamilə karbon nanoborucuklardan (CNT) hazırlanmış və metal istifadə olunmayan elektrik mühərriki sınaqdan keçirib.
Ən ağır hissəyə alternativ
Mühərriklərdə ən ağır hissələrdən biri mis bobinlərdir. Misin yüksək sıxlığı və təchizatla bağlı çətinliklər bu komponenti elektrikli avtomobillər üçün mənfi amilə çevirir. KIST qrupunun hazırladığı yeni texnologiya isə bu problemi aradan qaldıra bilər.
Laboratoriya testləri göstərib ki, karbon nanoborucuklardan hazırlanmış bobinlər elektrik enerjisini uğurla mexaniki hərəkətə çevirir və müxtəlif gərginliklərdə sabit şəkildə işləyir. Bu da metalsız mühərriklərin praktik imkanlarını təsdiqləyir.
Karbon nanoborucuqların üstünlükləri
Karbon atomlarının altıbucaqlı qəfəs quruluşunda nanoölçülü borucuq şəklində düzülməsindən ibarət olan CNT-lər son dərəcə yüngül, eyni zamanda yüksək elektrik keçiriciliyi, mexaniki dayanıqlığı və istilik ötürücülüyünə malikdir.
Lakin sənayedə geniş tətbiqinə ən böyük maneələrdən biri – istehsal zamanı istifadə olunan katalizator metallardan qalan qalıqlar keçiriciliyin azalmasına səbəb olurdu.
Yeni saflaşdırma üsulu
KIST tədqiqatçıları bu problemi həll etmək üçün sıvı kristalların yönlənmə xüsusiyyətinə əsaslanan yeni saflaşdırma texnologiyası hazırlayıblar. Bu üsul nanotellərin hizalanmasını təmin edir, yığıntıları parçalayır və metal qalıqlarını aradan qaldırır. Nəticədə karbon nanoborucuklar yüksək keçiricilik xüsusiyyətlərini qoruyur və mühərriklərdə istifadəyə yararlı olur.
Gələcək tətbiqlər
Saflaşdırılmış CNT bobinlərlə aparılan testlər stabil nəticələr verib. Bu yanaşma kütləvi istehsala tətbiq edilərsə, mühərriklər daha yüngül və dayanıqlı ola bilər, həm də misə asılılıq azaldığından xərclərin sabit qalmasına kömək edə bilər.
Dr. Kim bildirib ki, hələ ilkin mərhələdədirlər və növbəti addım bu mühərriklərin real şəraitdə, ənənəvi mis bobinli mühərriklərlə müqayisəsidir. Alim həmçinin bu texnologiyanın təkcə elektrik mühərrikləri ilə məhdudlaşmayacağını, batareya və yarımkeçirici istehsalında da mühüm rol oynaya biləcəyini vurğulayıb.(valyuta.az)
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır












