Elektromobilin batareyasını evdən dolduranda enerji itkisi artır – SƏBƏB

Bu gün bir çox sürücü elektromobilin batareyasını evdə doldurmağa üstünlük verir. Lakin məlum olub ki, bu üsul həm gec başa gəlməklə yanaşı, böyük enerji itkisinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, Almaniyanın ADAC avtomobil qrupunun araşdırmasına görə, evdə doldurma zamanı itki bəzi modellərdə 24 faizə çata bilir. Səbəb sadədir: məişətdə dəyişən cərəyan işlədildiyi halda, elektromobil sabit cərəyanla işləyir. Bunu konvertasiya edərkən ciddi itkiyə yol verilir. Bundan əlavə, batareya doldurularkən maşının elektrik sistemi də işləyir. Nəzarət sisteminin gücü təxminən 300 vattdır (3 soyuducu qədər). Doldurma müddəti çox olduqca, sərfiyyat da artır.
Yüksək gərginlikli məntəqədə doldurma zamanı isə birbaşa sabit cərəyəan işləndiyi üçün konvertzasiya itkisi olmur. Lakin batareyanın qızdırılması və digər avadanlıqların işləməsinə görə burada da modeldən asılı olaraq 1-3 faiz itki mümkündür.
Ev şəbəkəsindən istifadə zamanıl yaranan itki barədə məlumatlı olmaq üçün elektromobilin bort göstəricisinə deyil, evdəki sayğacın göstəricisinə baxmaq lazımdır.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












