Elektromobilin ən zəif detalı – BATAREYA DEYİL

Elektromobil getdikcə populyarlaşsa da, istehlakçıları (o cümlədən potensial alıcıları) etibarlılıqla bağlı bir məsələ düşündürür.
Avtosfer.az xəbər verir ki, elektromobillərin mühərriki demək olar heç kimdə narahatlıq doğurmur. Əksəriyyət elektrik mühərrikini etibarlı hesab edir. Lakin batareya barədə belə düşünən azdır.
Əslində batareyalarda da problem çox deyil. Yeganə qüsur gediş ehtiyatının azlığıdır.
Çoxları elə düşünür ki, elektromobil 1 ədəd güclü, ağır batareydan ibarətdir. Lakin belə deyil. Ənənəvi maşında olduğu kimi bu texnikada da 12 voltluq akkumulyator mövcuddur. Akkumulyatorun funksiyası elə adi “Jiquli”dəki kimidir: sistemi işə salmaq, audioqurğuları, bort avadanlıqlarını, faraları qidalandırmaq və sair. Bu akkumulyator təhlükəsizlik səbəbindən internetə qoşulmur.
Əsas batareyanın vəzifəsi avtomobili hərəkət etdirməkdir. Lakin ona komanda verilməsi üçün 12 voltluq akkumulyatorun sazlığı vacibdir. Başqa sözlə, batareya tam dolu olsa belə, akkumulyator boş olduqda avtomobili hərəkətə gətirmək mümkün olmayacaq.
Ən əsası, klassik avtomobildən fərqli olaraq elektromobildə akkumulyator gözlə görünən yerdə olmur. Dəfələrlə belə hal olub ki, nasaz akkumulyatora görə naşı ustalar elektromobilin elektrik sisteminə və güc batareyasına “əl gəzdiriblər”. Yəni, 200 manatlıq akkumulyatoru dəyişmək yerinə sağlam batareyanı dəyişərək sürücünü bir neçə min manat “qabağa salıblar”.
Vüqar Yaşaroğlu
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












