Ən çox bu avtomobil markaları qəfil alışır - Çin maşınlarının adı çıxıb

Son günlər yollarda avtomobillərin qəfil alışması ilə bağlı videogörüntülər sürücülərin narahatlığına səbəb olub. Xüsusilə uzaq yollara çıxan, şəhərin sıxlığında tıxacda qalıb bununla da mühərriki qızdıran avtomobil sahibləri bu hadisələrin səbəblərini axtarırlar. Əslində, bu, yeni yaranmış problem deyil, həm ənənəvi avtomobillərdə, həm də hibrid və elektrik avtomobillərində yanğın riski həmişə mövcud olub. Lakin son aylarda yanma hadisələrinin artması diqqəti bu mövzuya yenidən yönəldib.
Avtosfer.az xəbər verir ki, avtomobil üzrə mütəxəssis Nəzər Abbasov məsələni Bizim.Media-ya belə izah etdi ki, istər təzə, istərsə də köhnə avtomobillərdə bənzər hadisələr yaşana bilər. Əsasən elektrik naqillərindəki qısaqapanmadan alışma yaranır:
“Xüsusən də sonradan quraşdırılmış siqnalizasiya, audio sistem, arxa kamera bu cür hadisələrə səbəb olur. Bəzi avtomobil modelləri ümumiyyətlə orijinal olmayan heç bir detal qəbul etmir. Orijinal əlavələr də baha olduğu üçün Çin istehsalı detallara üstünlük verilir, nəticədə belə kontakt problemləri yaranır”.
Mütəxəssis etiraf edir ki, səbəb tək bu deyil. Benzin və ya dizelin mühərrikin isti hissələrinə düşməsi, mühərrikin və katalizatorun həddindən artıq qızması, soyutma sisteminin nasazlığı da alışmaya gətirib çıxara bilər. N.Abbasov ənənəvi modellərlə yanaşı hibrid və elektrik avtomobillərində də bu problemlərin sıx-sıx yarandığını deyir. Batareya problemləri, daxili qısaqapanma, həddindən artıq yüklənmə yeni sinif avtomobillərdə alışma yarada bilər.
Daha çox hansı avtomobillərin risk altında olduğuna gəlincə isə mütəxəssis bildirir ki, son günlər əvvəlki modellərlə bağlı yanma görüntüləri Çin maşınları haqqındakı stereotipləri dağıtdı:
“Çin avtomobillərinin ölkəyə kütləvi gətirilməsindən sonra ilk başda ustalarının və detallarının az tapılan olması onlar haqqında xeyli xoşagəlməz müzakirələr yaratdı. Amma görünən odur ki, indi Çin maşınları qalıb bir yana, etibarlı modellərin maşınları alışır. Son günlər Mersedes-Benz, Hyundai, Toyota, Ford kimi özünü təsdiqləmiş markaların maşınlarının alışması onu göstərir ki, deməli problem əslində modeldə yox, ona olunan müdaxilədə və avtomobilə vaxtlı-vaxtında qulluq etməməkdədir”.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












