Ən çox xarab olan avtomobil modelləri açıqlandı

İstehlakçıların etibarlılıq hesabatları əsasında 2025-ci ildə sahiblərinə ən çox problem yaradan avtomobil modelləri müəyyən edilib.
Avtosfer.az "TGRT Haber" telekanalına istinadla xəbər verir ki, avtomobil dünyasında etibarlılıq araşdırması aparan "J.D.Power", "Consumer Reports" və "ReliabilityIndex" kimi qurumlar mövcud vəziyyəti işıqlandıran illik hesabatlar dərc edirlər.
Bu hesabatlar hansı marka və model avtomobillərin daha çox problem yaratdığını üzə çıxarır. Avtomobilin etibarlılığı təkcə mühərrikin tam sıradan çıxması ehtimalı ilə ölçülmür. Bu, həmçinin aşağıdakı amilləri ehtiva edir:
Problemlərin tezliyi: Avtomobilin qarşılaşdığı nasazlıqların sayı (elektron xətalar, trim səsləri, mühərrik nasazlığı və s.).
Problemin ciddiliyi: Problemlərin maddi dəyəri və onların avtomobilin istifadəsinə nə qədər mane olması.
Servisdə sərf olunan vaxt: Avtomobilin təmir üçün servis mərkəzində olduğu müddət.
Avtomobil sahiblərinin şikayətləri: İstifadəçilərin üzləşdikləri problemlər və onların məmnunluq səviyyəsi.
Bu meyarlara əsaslanan qiymətləndirmələr göstərir ki, bəzi brendlər xüsusilə mürəkkəb yeni texnologiyalar və elektron sistemləri inteqrasiya etməyə çalışarkən gözlənildiyindən daha çox problemlə üzləşirlər.
2025-ci ilin ən çox problemli avtomobilləri aşağıdakılardır:
"Jeep Grand Cherokee"
"Land Rover / Range Rover"
"Volkswagen Atlas"
"Mercedes-Benz"in bəzi lüks ve texnoloji modelləri
"Mini Cooper"
"Chevrolet"in bəzi SUV modelləri.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












