Ən etibarlı 5 ucuz avtomobil

Avtomobil alarkən sürücülərin çoxu onun yüz minlərlə kilometr yol qət edə biləcəyinə ümid edir. Lakin belə modelləri, xüsusilə büdcə seqmentində tapmaq o qədər də asan deyil.
Avtosfer.az xəbər verir ki, "GoBankingRates" mütəxəssisləri ABŞ-da ikinci əl bazarında 20 min dollardan ucuz başa gələn və 300 min kilometri problemsiz keçə bilən 5 etibarlı avtomobili təqdim ediblər.
5 çox etibarlı büdcəli avtomobil
"Honda Civic"
"AutoInsurance.org" ekspertlərindən Melani Musson bildirib ki, "Honda Civic" uzunömürlülüyü ilə seçilən modeldir. Onun sözlərinə görə, "Civic"in dəyərini yaxşı qorumasının əsas səbəbi planlı texniki xidmətlə uzun müddət işləyə bilməsidir. Ekspert 2018 və 2019-cu il modellərinə diqqət yetirməyi tövsiyə edib.
"Honda Accord"
"NX Automotive Transport" şirkətindən Karl Rodriqes qeyd edib ki, "Honda Accord" "Civic"dən daha premium hesab olunur, lakin baxım xərcləri yenə də yüksək deyil. Ekspert xüsusilə 2013-cü il buraxılışlı modeli məsləhət görüb və vurğulayıb ki, bu avtomobil köhnəlmiş görünmür, həm də sərfəli qiymətə satılır.
"Subaru Forester"
Melani Musson həmçinin "Subaru Forester" modelini tövsiyə edib. O, bu krossoverin çox nadir hallarda sıradan çıxdığını və illərlə etibarlı xidmət göstərə biləcəyini bildirib. Xüsusən də münasib qiymətə tam ötürücülü avtomobil axtaran sürücülər üçün yaxşı seçim olduğu vurğulanıb.
"Toyota RAV4"
Ekspertin sözlərinə görə, "Toyota RAV4" davamlı texniki xidmətlə yüz minlərlə kilometr yol gedə bilir. O, həmçinin modelin yüksək təhlükəsizlik səviyyəsini və aşağı yanacaq sərfiyyatını xüsusi qeyd edib. Musson 2017 və 2018-ci il buraxılışlı "RAV4"-lərə baxmağı məsləhət görüb.
"Mazda6"
Karl Rodriges bildirib ki, "Mazda6" də yaxşı seçimdir. Bu model həm texniki baxımdan sadədir, həm də üslub baxımından üstünlüklər təqdim edir. Onun sözlərinə görə, "Mazda6" həm xarici görünüşü, həm də istismar rahatlığı ilə seçilir.
Ekspertlər bildiriblər ki, bu modellər digər rəqiblərinə nisbətən daha etibarlıdır və az xərclə uzun illər xidmət edə bilir.(hit.az)
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB










