"Ferrari" və "BMW" misdən alüminiuma keçirlər

Premium avtomobil istehsalçıları "Ferrari" və BMW elektrik naqillərində daha az misdən, daha çox isə alüminiumdan istifadə olunacaq yeni modellər hazırlayırlar.
Avtosfer.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu addım əsasən istehsal xərclərinin azaldılmasına hesablanıb. Bununla da Avropa avtomobil istehsalçıları daha əvvəl bir sıra Çin şirkətləri və ABŞ-nin "Tesla" şirkəti tərəfindən tətbiq edilən tendensiyaya qoşulurlar.
"JPMorgan" bankının hesablamalarına görə, avtomobil istehsalçılarının misdən istifadəsini tədricən azaltması bu il sözügedən metala olan qlobal tələbatın təxminən 2 faiz azalmasına səbəb olacaq.
"Reuters"in rəyini öyrəndiyi ekspertlər bildiriblər ki, misin bahalaşması və tədarük zəncirindəki qeyri-sabitlik fonunda yaxın gələcəkdə daha çox avtomobil istehsalçısı daha ucuz alternativ olan alüminiuma üstünlük verə bilər.
Bundan əlavə, 18 avtomobil şirkətinin nümayəndəsi agentliyə açıqlamasında qeyd edib ki, alüminiumdan istifadə yalnız istehsal xərclərini azaltmır, həm də avtomobillərin çəkisinin yüngülləşdirilməsinə imkan yaradır.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












