"Ford" 1,74 milyon avtomobili geri çağırır

"Ford Motor Company" arxa görüntü kamerası sistemlərindəki problemlər səbəbindən təxminən 1,74 milyon avtomobili əhatə edən iki geri çağırış elan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) xəbərdarlığına görə, bəzi "Ford Bronco" və "Ford Edge" avtomobillərində məlumat-əyləncə sisteminin daxili komponenti həddindən artıq qıza və sönə bilər. Bu isə geri hərəkət zamanı kamera görüntüsünün ekranda görünməməsinə səbəb olur.
Bundan əlavə, bəzi "Ford Escape", "Lincoln Corsair", "Lincoln Aviator" və "Ford Explorer" avtomobillərində arxa görüntü kamerasının təsviri tərs və ya çevrilmiş şəkildə göstərilə bilər.
Geri çağırış 849 310 ədəd “Bronco” və “Edge”, eləcə də 889 950 ədəd “Escape”, “Corsair”, “Aviator” və “Explorer” modelini əhatə edir.
NHTSA hər iki nasazlığın yol-nəqliyyat hadisələri riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












