"Ford" 500 min avtomobili geri çağırır - Qəza riski aşkarlandı

"Ford" avtomobil istehsalçısı iki fərqli modeldə əyləc mayesinin sızmasına səbəb ola biləcək problem üzündən 500.000 avtomobili geri çağıracağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu geri çağırılan avtomobillər 2016-2018 Lincoln MKX və 2015-2018 Ford Edge modelləridir.
Avtomobillərin arxa əyləc sistemindəki şlanq qoparaq maye sızmasına səbəb ola bilər. Əyləc mayesinin səviyyəsi aşağı düşərsə, xəbərdarlıq göstəricisi qırmızı işıq yandıracaq. Bu vəziyyət dayanma məsafəsini artıraraq qəza riskini yüksəldir.
Ford geri çağırılan avtomobil sahiblərinə sentyabrın əvvəlində təhlükəsizlik barədə məlumat verəcəyini bildirib. Problemin həlli isə aprel ayında hazır olacaq.
Qeyd edək ki, bu geri çağırma "Ford"un bu il 355.000 pikap avtomobili alətlər paneli nasazlığı səbəbindən geri çağırmasından sonra baş verib. "Ford"un Baş Əməliyyat Direktoru Kumar Qalhotra bildirib ki, geri çağırmalar müştəriləri qorumaq və kritik sistemlərin təhlükəsizliyini təmin etmək məqsədilə aparılır.
Avtomobil eksperti Shaun Carse istehlakçıları geri çağırma bildirişlərini ciddi qəbul etməyə çağırıb və onları avtomobilin təhlükəsizliyini təmin edən önəmli xəbərdarlıq hesab edib.(milli.az)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












