Frankfurtda ən güclü 5 avtomobil modeli təqdim olundu

Cenevrədəkindən fərqli olaraq Frankfurt avtomobil sərgisində 1000 at gücündən çox güc hasil edən aqreqatlı avtomobillər o qədər də olmadı.
Avtosfer.Az bizplus.az-a istinadən bildirir ki, amma bununla yanaşı, bəzi güclü modellər avtomobil həvəskarlarına təqdim edildi. Sərgidə nümayiş etdirilən ən güclü 5 avtomobil modeli bunlar oldu:
Audi Rs 7 Sporback
"Audi" şirkətinin "RS 7 Sporback" modelininin debütü Frankfurt sərgisində baş tutdu. Kapotun altında 4 litr həcmli V8 modeli yerləşdirilib. Aqreqat 600 at gücü hasil edir. Mühərrik 8 pilləli sürətlər qutusu ilə çalışır. Yerindən 100 km/saat sürəti 3.6 saniyəyə əldə edir.
Porsche Taycan Turbo S
"Porsche" tarixində ilk ikimühərrikli elektromobildir. İki elektrik mühərriki 625 at gücü hasil edir. "Overboost" rejimində isə aqreqatların gücü 2.5 saniyəyə 761 at gücünə çatır. Yerindən 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. Maksimal sürət isə 260 km/saatdır.
Lamborghini Sian FKP 37
"Lamborghini" tarixinin ilk hibrid modelidir. Eyni zamanda bu günə qədər istehsal edilən ən güclü "Lamborghini"dir. Kapotun altında 6.5 litr həcmli V12 mühərriki var. Aqreqat 785 at gücü hasil edir. Elektrik mühərriki hesabına isə güc 819 at gücünə qədər artır. Avtomobil yerindən 100 km/saat sürəti cəmi 2.8 saniyəyə yığır. Maksimal sürəti isə 350 km/saatdır.
Brabus G V12 900 "One of Ten"
"Brabus" tüninq-atelyesi "Mercedes-Benz-G-Class" yolsuzluq avtomobilinin yeni modelləri üzərində işləyir. Şirkət Frankfurt sərgisində "Brabus G V12 900 "One of Ten" modelini təqdim edib. V12 tipli biturbo mühərrik 6.3 litrlikdir. Aqreqat 900 at gücü hasil edir. Avtomobil yerindən 100 km/saat sürəti 3.8 saniyəyə əldə edir. Maksimal sürət isə 280 km/saatdır.
Hongqi S9
Frankfurt sərgisi üçün ən gözlənilməz yenilik Çinin "Hongqi" stendində idi. Şirkət "S9" hibrid hiperkarını təqdim etdi. V8 tipli, 4 litr həcmli aqreqat elektrik mühərrikləri ilə birlikdə 1400 at gücü hasil edir. Yerindən 100 km/saat sürəti isə 1.9 saniyəyə əldə edir. Maksimal sürət 400 km/saatdan çoxdur.
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ








