Hacıqabulda avtomobil zavodu tikintisinin birinci mərhələsinin başa çatacağı vaxt açıqlanıb

“Azermash Holding” ilə Rusiyanın “Gorkovsky Avtomobil Zavodu” müəssisəsinin müştərək layihəsi çərçivəsində Hacıqabul sənaye məhəlləsində tikilən avtomobil zavodunun inşasının birinci mərhələsinin oktyabr ayında başa çatdırılması gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Rusiya İxracat Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev məlumat verib. O, hazırda tikinti işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb: “Oktyabr ayında QAZ avtomobil istehsalı şirkətinin işgüzar missiyası nəzərdə tutulub. Müəssinin tikintisinin birinci mərhələsinin tamamlanmasına həsr olunan təntənəli mərasim, həmçinin avtomobillərin sərgisi keçiriləcək”.
Xatırladaq ki, cari ilin 9 fevral tarixində Hacıqabul sənaye məhəlləsində təməli qoyulan avtomobil zavodunda 2020-ci ilin ikinci yarısından GAZ qrupuna aid yüngül yük maşınlarının 12 növü istehsal olunacaq. Tərəflər arasında imzalanmış memoranduma əsasən, 14 milyon manat məbləğində sərmayə yatırılan müəssisədə Rusiyadan gətirilən parçalardan “QAZel Next”, “QAZel Business” ticari avtomobilləri, habelə “QAZon Next” orta həcmli yük maşını yığılacaq. Həmçinin təcili yardım və məktəb avtonəqliyyat vasitələri üçün də avadanlığın istehsalı nəzərdə tutulur. Müəssisədə yerli istehsalat olan ayrı-ayrı parçalardan da istifadə olunacaq.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?













