Hansı ölkədə avtomobilin kilometrajı daha çox geri çəkilir? - DİQQƏT!

İkinci əl avtomobil alan şəxsi düşündürən suallardan biri ndə budur: maşının kilometrajı nə qədər realdır?
Avtosfer.az xəbər verir ki, kilometrajın geri çəkilməsi bütün dünyada yayılmış zərərli praktikadır. Lakin bu, hər ölkədə eyni deyil.
“Carly” diaqnostika mərkəzi bütün Avropa ölkələri üzrə kilometraj saxtakarlığını rəsmiləşdirib. Mərkəzin ekspertlərinin qənaətinə görə, Avropada satılan hər 100 avtomobildən 9-nun kilometrajı geri çəkilib, yəni 9 faiz. Car-Pass sistemi yaxşı tətbiq olunan ölkələrdə bu saxtakarlığa az rast gəlinir. ən çox saxtakarlıq Balkan və Qərbi
Avropadadır: makedoniya 25,61%, Serbiya və Albaniya 22,55% və Monteneqro 20,53%. Avropa avtomobil sənayesinin beşiyi olan Almaniya isə 12%-lə onuncu yerdə qərarlaşıb. Almaniyada bu artımın səbəbi əcnəbilərin kütləvi şəkildə işlənmiş avtomobil almasıdır. Fransa, İspaniya və Niderlandda göstərici 8% ətrafında dəyişir.
Avropada ən vicdanlılar isə həmişəki kimi şimalda yaşayanlardır: İsveç 5,21%, Finlandiya 4,37%, Norveç 3,78%, İslaniyda təxminən 1%.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












