Hibrid avtomobillərin batareyasını sıradan çıxaran SƏBƏBLƏR

Hibrid modellər son illərdə əhali arasında ciddi maraq doğurur. Səbəb bu modellərin daha az qulluq tələb etməsi və qənaətcilliyidir. Lakin hibridlərin istismarı zamanı müəyyən qaydalara əmək edilməlidir. Əks halda batareya tez sıradan çıxır.
Avtosfer.az xəbər verir ki, hibrid sürücülərinin əsas səhvlərindən biri kəskin sürətlənmə və kəskin tormozlamadır. Birinci halda əsas yük daxiliyanma mühərrikinə düşür və batareya dola bilmir. İkinci halda isə rekuperativ tormozlamaya vaxt qalmır. Buna görə də batareya dolmur, tormoz sisteminin detalları tez aşınır.
Digər bir səhv sürücülərin qısa yol sürməsidir. Bu zaman maşın çox vaxt elektrik dartısı ilə hərəkət etdiyindən batareyalar kəskin boşalır. Boşalmanın qarşısını almaq üçün avtomobili həftədə bir dəfə nisbətən uzaq məsafəyə sürmək zəruridir.
Elektromobil batareyaları uzun müddət hərəkətsizliyi də xoşlamır. Bəzən 2 həftə sürülməyən avtomobilin batareyasının öz-özünə tam boşaldığı hallar da olur. Buna görə də elektromobil ən geci 10 gündə 1 dəfə sürülməldir ki, batareya sıradan çıxmasın.
Vüqar
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












