İkinci əl bazarında "KİLOMETRAJ OYUNU": "Geri çəkilən" maşını müəyyən etməyin 3 qızıl qaydası

İkinci əl avtomobil bazarında alıcıları aldatmaq üçün yürüş göstəricilərinin (kilometrajın) geri çəkilməsi halları hələ də aktualdır. Bəzi şəxslər satdıqları avtomobili daha “təzə” və az yol getmiş kimi göstərmək üçün yürüş göstəricilərini dəyişdirirlər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Yenicag”a açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirib ki, bu “qara” biznes hələ də tam bitməyib.
Onun sözlərinə görə, əvvəllər xaricdən gətirilən avtomobillərin yürüşü daha çox manipulyasiya edilirdi:
“Əvvəllər bu işlə daha çox məşğul olurdular. Avtomobil hansısa ölkədən gətiriləndə istər Koreyadan, istər Amerikadan, istərsə də Gürcüstan bazarından kilometrajını geri çəkirdilər. Azərbaycanda da belə hallar olurdu. Amma indi bir qədər azalıb. Çünki ölkəyə daha çox yeni avtomobillər gətirilir və onların yürüşünü təxmini müəyyən etmək olur”.
Usta qeyd edib ki, buna baxmayaraq, bəzi şəxslər hələ də alıcıları aldatmağa çalışırlar. Onun sözlərinə görə, xüsusilə dizel avtomobillərdə kilometrajın dəyişdirilməsini aşkar etmək daha asandır:
“Avro 4 standartlarından yuxarı olan dizel avtomobillərdə bunu daha tez müəyyən etmək mümkündür. Çünki həmin avtomobillərin katalizatorlarının, yəni qurum süzgəclərinin nəzarət sistemi var və onun yaddaşını silmək olmur. Diaqnostika vasitəsilə oradan avtomobilin real yürüşünü müəyyən etmək olur”.
Sahil Ağabəyli əlavə edib ki, avtomobilin real vəziyyətini onun xarici və texniki qüsurlarına baxmaqla da anlamaq mümkündür:
“Avtomobilin mühərrikinə, alt işlək hissələrinə və sükanın yeyilmə dərəcəsinə baxanda təxmini nə qədər yol getdiyini anlamaq olur. Göstəricidə az kilometr yazılsa belə, mühərrikdən, sürətlər qutusundan və digər detallardan real vəziyyəti görmək mümkündür”.
Ekspert sonda xatırladıb ki, bu əməllərə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulsa da, tam nəzarət hələlik mümkün olmayıb.
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB
Maşın almaq istəyənlərə VACİB XƏBƏR - Ən sərfəli modellər
Bakını qorxuya salan “Qara Volqa”- SSRİ dövrünün ən sirli qarəti necə açıldı? - FOTO
Etibarnamələrin sayı sığorta qiymətini artırır? - Ekspertdən CAVAB
İcbari avtomobil sığortasında YENİ QAYDALAR - Sürücüləri hansı dəyişikliklər gözləyir?
2026-cı ilin avtomobilində saxta mexaniki ötürmələr qutusu
Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə!
Azərbaycanda "Chevrolet Cobalt" istehsal ediləcək










