İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR

75 illik irsə sahib “Toyota Land Cruiser” 2026-cı ildə tarixində yeni mərhələyə qədəm qoyur: “Land Cruiser 300” ilk dəfə hibrid mühərriklə təqdim olunur. Əfsanəvi dözümlülük və yolsuzluq qabiliyyətini “Toyota”nın qabaqcıl hibrid texnologiyası ilə birləşdirən model artıq Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərində satışdadır.
“Toyota”nın “Performans Hibridi” adlandırdığı LC300 Hibrid yüksək güc və sürətlənmə ilə yanaşı, səmərəliliyi də artırır. Model, həmçinin “Toyota”nın müxtəlif bazarların ehtiyaclarına uyğun mühərrik seçimlərini dəstəkləyən Çoxyönlü İnkişaf (Multi-Path) strategiyasının bir hissəsidir.
Daha çox güc və yüksək səmərəlilik
“Toyota”nın 3,5 litrlik twin-turbo V6 benzin mühərriki ilə M1 elektrik mühərrikinin birləşməsi güclü və səmərəli performans təmin edir. 464 at gücü və 790 Nm fırlanma anı LC300 Hibridi indiyədək istehsal edilmiş ən güclü “Land Cruiser” edir. 3,3 litrlik dizel versiyası ilə müqayisədə qaz pedalının reaksiyası 40 faizə qədər yaxşılaşıb, avtomobil 0-dan 100 km/saata 6,4 saniyəyə sürətlənir.
Orta yanacaq sərfiyyatı təxminən 10 l/100 km-dir. Avtomobil 30 km/saat sürətə qədər sırf elektrik rejimində hərəkət edə bilir. Benzin və elektrik mühərrikləri arasındakı keçidlər və 10 pilləli avtomat sürətlər qutusunun ötürmələri hiss olunmadan baş verir.
Üç komplektasiya: VX, ZX və GR SPORT
Beşyerlik LC300 Hibrid Azərbaycanda VX, ZX və GR SPORT versiyalarında təklif olunur. VX 18 düymlük disklər, LED işıqlandırma, 12,3 düymlük rəqəmsal cihazlar paneli və multimedia ekranı, JBL audio sistemi və dörd zonalı iqlim-kontrol ilə təchiz edilir. ZX sport kuzov dəsti, Adaptiv Dəyişən Asqı (AVS), beş sürüş rejimi və proyeksiyalı displeylə seçilir. TOYOTA GAZOO Racing təcrübəsindən ilhamlanan GR SPORT isə xüsusi bamperlər, geniş təkər arkaları və ofroud üçün nəzərdə tutulmuş elementlər təqdim edir.
Əfsanəvi yolsuzluq qabiliyyəti dəyişməz qalır
Hibrid sistem “Land Cruiser”in yolsuzluq performansını qoruyacaq şəkildə inteqrasiya edilib. Qorunan akkumulyator sistemi avtomobilə 700 mm dərinlikdə su maneələrini keçməyə imkan verir. e-KDSS sistemi çətin relyefdə təkərlərin artikulyasiyasını və dartma qabiliyyətini artırır.
Yeni LC300 Hibrid “Multi-Terrain Select”, “Crawl Control” və “Multi-Terrain Monitor” kimi qabaqcıl yolsuzluq texnologiyaları ilə də təchiz olunub.
LC300 Hibrid artıq Azərbaycanda satışdadır
Dünyanın ilk hibrid “Toyota Land Cruiser 300” modelini yaxından görmək, test sürüşü etmək və sifariş vermək üçün Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə rəsmi diler mərkəzlərinə müraciət edə bilərsiniz.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO

















