İnsan faktoru avtomobilin bütün təhlükəsizlik sistemlərindən daha vacibdir - EKSPERT

Müasir nəqliyyat vasitələrində təhlükəsizlik həmişə prioritet olmalıdır. Avtomobil, avtobus və yük maşınları kimi vasitələrdə bir sıra sistemlər təhlükəsizliyi təmin etmək üçün standart olaraq mövcuddur. Bunlar arasında hava yastıqları, əyləc sistemləri, təhlükəsizlik kəmərləri və s. yer alır. Bu sistemlər sürücünü qəza zamanı qorumaq, qəzaların qarşısını almaq və yol hərəkətini daha təhlükəsiz etmək üçün nəzərdə tutulub.
Təhlükəsizlik sistemlərinin düzgün işləməsi üçün onların vaxtında yoxlanması və saxlanması vacibdir. Amma çox vaxt sürücülər bu sahədə səhlənkarlıq edirlər. Nəticədə yol qəzaları artır və sürücülərin həyatı riskə girir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, müasir avtomobillərdə nəinki minik, yük avtomobillərində və avtobuslarda da sürücünün təhlükəsizliyini təmin edən müxtəlif sistemlər qurulur:
.jpg)
“Sistemlərdən birincisi maneənin aşkar olunmasıdır. Bu sistem nədir? Ola bilər ki, qaranlıqda sürücü qəflətən yola çıxan maneəni, insanı ya da heyvanı görməsin. Əgər sürücü tormoz pedalına reaksiya vermirsə, avtomobil avtomatik olaraq kəskin tormoz edir. Bu sistem hadisədən qoruyur. Bundan başqa, müasir avtomobillərdə adaptiv kruiz nəzarət sistemi var. Tıxaclarda qarşıdakı maşına qədər məsafəni təyin edir, maşın özü dayanır və hərəkət edir. Sürətli yollarda isə ara məsafəsini kifayət qədər saxlayır ki, qəza olmasın. Əgər qəza şəraiti yaranarsa və sürücü reaksiya vermirsə, həmin sistem avtomobili saxlayır. Daha bir sistem ölü zonalarda olan maneələri təyin edir. Ölü zonada maşın varsa və siz zolaq dəyişmək istəyirsinizsə, döndürmə siqnalı yandırıldığında ya işıq siqnalı yanır, ya da səs siqnalı gəlir ki, orada maşın var və zolaq dəyişdirməyin. Bundan başqa, bəzi sistemlər yan güzgülərdən və kameralardan istifadə edir. Maşın dönərkən sol tərəfə döndüyünüzdə sol kamera işə düşür və yolun tam mənzərəsini göstərir. Yük maşınlarında ölü zonalar olduğuna görə sürücü sağ və ya sol tərəfdəki mənzərəni görə bilmir. Xüsusi sistem isə maşın dönərkən sağında və solunda olan maneə və ya insana yaxınlaşdıqda avtomobilin özü tormozlamasını təmin edir. Ən sonda isə qeyd etmək istəyirəm ki, maşında olan təhlükəsizlik sistemlərindən qat-qat üstün insan faktorudur. Ən gözəl sistem ağıllı, təcrübəli və təmkinli qaydaları riayət edən sürücüdür. Ağıllı sürücünün bacardığını heç bir texniki qurğu və sistem əvəz edə bilməz. Ona görə sürücülər bu sistemlərə arxayın olmamalıdırlar, yol hərəkəti qaydalarını yaxşı öyrənməlidirlər, təhlükəsiz idarə etməni bilməlidirlər və qazadan qaçma yollarını öyrənməlidirlər. Yenə də deyirəm, insan faktorunu heç bir qurğu və sistem heç vaxt əvəz edə bilməz”.
Nurcan Babək
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO











