İnsanlar köhnə avtomobillərini utilizasiyaya verməkdə maraqlı olmalıdırlar - Mütəxəssis

“Məlum olduğu kimi, indiyədək proqram çərçivəsində ümumilikdə 23 589 nəqliyyat vasitəsi utilizasiya olunub. Köhnə avtomobilini utilizasiyaya verməkdə əhalini maraqlandırmaq üçün yerli avtomobil şirkətləri ilə yanaşı, dilerlərə də vauçerlər tətbiq olunmalıdır. Onun təklifinə görə, rəsmi avtomobil satışı mərkəzləri də bu prosesə qoşula bilər. Çünki bəzi insanlar ola bilər ki, yerli avtomobil almaq istəməsin”.
Avtosfer.az xəbər verir ki, bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O vurğulayıb ki, digər problemlərdən biri sahibləri olmayan avtomobillərin utilizasiyaya cəlb olunması ilə bağlıdır. O deyib ki, bu məsələdə Türkiyə təcrübəsindən istifadə oluna bilər:
"Sahibi dünyasını dəyişən köhnə avtomobillərin utilizasiyaya cəlb olunması üçün həmin şəxslərin varisləri tapılmaldır. Onların razılığı alınaraq köhnə avtomobillər utilizasiyaya cəlb oluna bilər. Bu zaman müəyyən problemlərin üzə çıxacağı gözləniləndir. Əgər avtomobilin cəriməsi varsa, yaxud cərimə meydançasında saxlanıldığı üçün duracaq haqqı yığılıb qalıbsa, varis onu ödəməkdən imtina edirsə, bu zaman avtomobildən imtina ərizəsi yazmalıdır”.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












