İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

Yay aylarında havaların həddindən artıq isti keçməsi avtomobillər üçün də təhlükə yaradır. Avtosfer.az "Bizim.Media"ya istinadən bildirir ki, xüsusilə uzun yolda və günün qızmar saatlarında avtomobilin mühərrikinin qızması tez-tez rast gəlinən problemdir. Bu isə həm nəqliyyat vasitəsinin texniki vəziyyətinə, həm də sürücünün təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər isti havalarda avtomobilin qızmasının qarşısını almaq üçün bir sıra vacib tədbirləri tövsiyə edirlər:
1. Soyuducu mayeni (antifriz) yoxlayın
İsti havalarda mühərrikin sərin qalması üçün soyuducu maye (antifriz) səviyyəsi çox vacibdir. Maye azdırsa və ya köhnəlibsə, mühərrik qısa müddətdə qızaraq nasazlığa səbəb ola bilər.
2. Radiatoru təmiz saxlayın
Radiatorun toz, kir və ya zibil ilə dolu olması onun sərinləmə qabiliyyətini azaldır. Müntəzəm olaraq radiatorun təmizliyini yoxlamaq və lazım gəldikdə yumaq mühərrikin qızmasının qarşısını alır.
3. Mühərriki yüksək yüklə işlətdirməyin
İsti havalarda təpəlik və ya tıxaclı yollarda yüksək sürət və ya ağır yük altında avtomobili idarə etmək mühərrikin daha sürətli qızmasına səbəb olur.
4. Kondisionerdən düzgün istifadə edin
Kondisioner mühərrikə əlavə yük salır. Ona görə də avtomobili işə saldıqdan dərhal sonra deyil, bir neçə dəqiqə sonra kondisioneri işə salmaq tövsiyə olunur.
5. Kapotu vaxtaşırı açaraq mühərriki havalandırın
Xüsusilə uzun sürüşlərdən sonra avtomobilin kapotunu qaldıraraq mühərrikin hava almasına şərait yaratmaq daxili temperaturun azalmasına kömək edir.
6. Günəş altında park etməkdən çəkinin
Əgər mümkünətsə, avtomobili kölgə yerdə saxlayın. Günəş altında saatlarla qalan maşın yalnız salon baxımından deyil, mühərrik baxımından da zərər görə bilər.
7. İqlimə uyğun yağ istifadə edin
Yay üçün nəzərdə tutulmuş mühərrik yağı yüksək temperaturda daha dayanıqlı olur və mühərrikin rahat işləməsini təmin edir. İstilərdə avtomobilin qayğısına qalmaq təkcə texniki məsələ deyil, həm də təhlükəsizliklə bağlıdır. Bu qaydalara əməl etməklə mühərrik nasazlıqlarının və qəfil dayanmanın qarşısını almaq mümkündür.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












