İdman üslubunda kupelər tarixə qovuşur?

80-90-cı illərdə dəbdə olan idman üslublu kupelərin istehsalı minimuma enib. Bir çox istehsalçı bu modellərlə vidalaşmaq istəyir.
Avtosfer.az xəbər verir ki, “Porsche”nin sonuncu “718 Cayman” modeli konveyeri ötən həftə tərk edib. Bu maşını sifariş vermək artıq gecdir.
“Renault” şirkəti 60-cı illərdən istehsal etdiyi “Alpine 110” modelinin istehsalını gələn yay başa çatdıracaq. Son 1750 avtomobil üçün sifarişlər qəbulu davam edir.
“Toyota”nın “Supra” modelinin beşinci nəsli nə qədər qəribə olsa da, Gündoğar ölkədə deyil, Avstriyada istehsal olunur. Bu modelin istehsalı üçün son tarix 2026-cı ilin martı müəyyən edilib. Maşının yeni nəslinin elektromobil olacağı deyilir. “Mazda” ilə eyni şassidə kompakt MX-5 modeli barədə işlərin necə getdiyinə dair də ciddi məlumat yoxdur.
Tarixə qovuşan modellər təkcə bunlar deyil. Artıq yeni “Audi A5 Coupé” və ya “Lexus RC” almaq mümkün deyil. “Ford Mustang”, “BMW Série 4 Coupé” və “Mercedes CLE” modellərinin istehsalı davam etsə də, kütləvi deyil.
Bu kuzovlu avtomobillərə qlobal səviyyədə maraq azalır. Başlıca səbəb isə inkişaf etmiş ölkələrdə gənclərin avtomobilə marağının azalmasıdır. Bunun da əsas səbəbi ictimai nəqliyyatın yaxşı inkişaf etməsidir ki, bu da ayrı xəbərin mövzusudur.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












