“İkinci əl 0 kilometr avtomobil” və ya Çinin yalançı statistikası

Çinin son illərdə avtomobil ixracı ilə bağlı statistikasına çoxları şübhə ilə yanaşır.
Avtosfer.az xəbər verir ki, “Reuters” agentliyinin araşdırması maraqlı məqamları ortaya çıxarıb. Agentliyin ekspertlərinin fikrincə, kənar göstəricilər (enerji sərfi, reyslərin sayı, axtarış sistemlərindəki sorğular və s.) fərqli statistikanı üzə çıxarır.
“Reuters”in araşdırması Çin avtomobil sənayesindəki “pripiska”nı aşağıdakı kimi təsvir edir:
Regional hökumətlər konveyerdən çıxmış avtomobili dərhal yerli bazarda satılmış kimi rəsmiləşdirir. Bundan sonra maşın MDB, Afrika və Yaxın Şərqə “ikinci əl 0 kilometr avtomobil” kimi satılır. Bununla da statistikada “ikiqat artım” baş verir.
İstehsalçıların “pripiska”ya əl atmasının səbəbi 5 ildir davam edən qiymət siyasətidir. Bütün istehsalçılar istənilən satışı rəsmiləşdirməyə və artırmağa çalışırlar.
Çin hökuməti regional idarəetmə orqanlarının bu praktikasını formal olaraq pisləyib. Lakin yerli orqanların heç biri agentliyin sorğusuna cavab verməyib. Xarici İşlər
Nazirliyi isə sorğunu “müvafiq qurumlara ünvanlamağı” tövsiyə edib.
Vüqar
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri












