İlk pilotsuz avtomobilin sınaqlarından 100 il ötür

Bu gün avtonom avtomobillər bir çox vacib funksiyanı və bəzi hallarda insandan daha tez və keyfiyyətlə icra edir. Lakin hələ ki, tam sürücüsüz avtomobil hazırlanmayıb.
Avtosfer.az xəbər verir ki, pilotsuz avtomobillərin istifadəsinə ilk cəhdlər ötən əsrin 20-ci illərində edilib. 1925-ci ildə amerikalı ixtiraçı Frensis Qudinanın layihələndirdiyi avtomobil özü işə düşə, örürməni dəyişə və sükanı döndərə bilirdi.
O dövrün qəzetləri yazır ki, maşının sınaqları zamanı insanlar dəhşətə gəldilər. Onlara elə gəldi ki, avtomobili kabus idarə edir. Avtomobil körpüdən keçdi, lakin içində heç kim yox idi.
Əslində insanlar bir məsələyə diqqət yetirməmişdilər. Avtomobilin üzərindəki rombşəkilli antenə heç kim diqqət yetirməmişdi. Qudia özü arxadakı sedanda əyləşərək avtomobilə komanda verirdi. Radio ilə verilən komandanı antenna qəbul edirdi.
Reallıqda bu, ilk radio ilə idarə edilən avtomobil idi. Yenilik avtomobil sənayesinin diqqətini çəkmədiyi üçün tarixə qovuşdu.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












