Keyfiyyətsiz filtrlər mühərriki belə məhv edir

Müasir avtomobillər texnoloji yeniliklərlə zəngin olub, savadlı texniki qulluq və səliqəli istismar tələb edir.
Avtosfer.az xəbər verir ki, hətta səliqəli sürücü də marketinq xatirinə reklamlara kor-koranə əməl edərək mühərriki dağıda bilər. Bunlardan ən geniş yayılanı yağdəyişmə ilıə bağlıdır. Bəzi hallarda yağın 15, hətta 20 min kilometrdən bir dəyişdirilməsi tövsiyə edilir. Halbuki, ağır istismar şəraitində bu interval mühərrikin məhvidir. Çin avtomobillərinin 92 oktanlı benzinlə işləməsinə dair məlumatlar da bu qəbildəndir.
Rusiyalı ekspertlərin fikrincə, gecikmiş intervalla yanaşı, keyfiyyətsiz filtrlər də mühərrikin resursunun vaxtından qabaq bitməsi ilə nəticələnir. Keyfiyyətsiz yağ filtri axına mane olur, təzyiqi aşağı salır, metal yonqarını buraxır və əks axına mane olmur. Ən əsası isə, içəridən dağılaraq dirsəkli valın yağ kanalını tutur və mühərriki məhv edir.
Ucuz hava filtrləri tozu buraxaraq silindr divarının aşınmasına səbəb olur, havanı pis keçirdiyi üçün mühərrikin gücü azalır, sərfiyyat artır, mühərrik qızır. Keyfiyyətsiz yanacaq filtri isə forsunkaların sıradan çıxmasına səbəb olur.
Bu siyahıya keyfiyyətsiz yanacaq-sürtkü məhsulları da əlavə olunduqda mühərrikin vəziyyətini təsvir etmək üçün əlavə sözə ehtiyac yoxdur.
Vüqar Yaşaroğlu
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












