Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır

Rusiyada mühərrik yağı istehsalçıları və idxalçılar sifarişləri çatdırmaqda çətinlik çəkirlər. Bazardakı total defisit həm də məhsulun bahalaşmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Rusiyada motor yağları bir ayda 40 faizədək bahalaşıb. Ekspertlərin qənaətinə görə, bahalaşma təkcə sanksiyalarla bağlı deyil. Ölkədə ötən aydan Avro-2 standartlı benzin istehsalına və satışına icazə verilib. Bu yanacağın tərkibində kükürd çox olduğu üçün müasir mühərrik yağlarının sürətlə keyfiyyət itirməsinə gətirib çıxarır. Bundan başqa, forsunkalar və qidalandırma sisteminin detalları da sürətlə korlanır.
Yanacağın keyfiyyəti aşağı düşdüyü üçün sürücülər yağdəyişmə intervalını 2 dəfəyədək azaldıblar. Bu da bazarda normadan artıq tələbata səbəb olub. Bazarın əbədi tələb və təklif qanununa görə qıtlıq yaranması səbəbindən qiymət artıb.
Qərb avtomobilləri üçün nəzərdə tutulmuş “Castrol” və “Shell” markalı premium yağları əldə etmək müşkülə çevrilib.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












