Kola qabı və dəniz suyu ilə maşın sürmək mümkün olacaq

Biz köhnə sürücülərin Kola qabında ehtiyat benzin gəzdirməsini çox görmüşük. İnjektorlu mühərriklərin artması ilə bu ənənə Bakıdan yığışsa da, köhnə “Jiquli”lərin mövcudluğunu davam etdirdiyi əyalətlərdə bu, normadır.
Avtosfer.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MİT) əməkdaşları dəniz suyundan hidrogen almaq üçün yeni üsul hazırlayıblar.
Məlumdur ki, alüminium təmiz halda su ilkə kəskin reaksiyaya girərək hidrogeni onun tərkibindən ayırır. Lakin bu dəyərli metalın səthi havanın təsiri ilə hər zaman nazik oksid təbəqəsi ilə örtüldüyündən su ilə reaksiyaya girmir (Bir anlıq təsəvvür edin: alüminium qaba su töksək nə olar?).
MİT əməkdaşları məhz bunun çarəsini tapıblar. Onlar alüminiumun səthini indium və qallium metalları ilə işləyirlər. Bu zaman oksidləşmə dayanır. Hidrogen almaq üçünsə daha səmərəli olan dəniz suyu istifadə edilir. Dəniz suyu həm ucuzdur, həm də içməli suya nisbətdə daha tez reaksiyaya girir.
İşin digər maraqlı tərəfi heç bir yerdən alüminium lövhələr alınmamasıdır. Sınaq zamanı küçələrdən yığılmış Kola və enerji içkilərinin alüminium bankaları istifadə edilib. Bu bankaların qalınlığı az olduğundan daha əlverişlidir.
Əldə edilən hidrogenin 1 kiloqramı ilə avtomobilin modelindən asılı olaraq 60-100 km qət etmək mümkündür. 1 kiloqram hidrogenin maya dəyəri 9 dollardır. Bu da onun benzinlə rəqabət aparmasına imkan verir.
Hazırda layihə istehsala tətbiq edilmək məqsədi ilə təkmilləşdirilir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












